Dərc edildi: Baxış sayı: 237
Narkotik istifadə etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
Tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən olunmuş şəxslər vergi orqanlarında xidmətə qəbul oluna bilməz.
Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət