Dərc edildi: Baxış sayı: 714
Naringinin tumunu yeməyin! Bu orqana zərər verir...
Naringi qış aylarının ən çox sevilən sitrus meyvələrindən biridir. Dadlı olduğu qədər də faydalı olan bu meyvə uşaqdan tutmuş böyüyə çoxlarının qida rasionunda yer alır.
Naringinin tərkibi C başda olamaqla A, B vitaminləri, kalsium, potaş, lif, dəmir, fosfor ilə zəngindir.
Bu sitrus meyvəsi immuniteti gücləndirərək xərçəng risqini və iştahanı azaldır, qan təzyiqin normaya salır.
Medicina.az bildirir ki, naringi meyvəsindən tam yararlanmaq üçün bir sıra məqamlara diqqət edilməlidir. Məsələn, məsaməli qabığı olan naringi digər sitrus meyvələri ilə müqayisədə daha tez su itirir və quruyur. Buna görə də onu alıdıqdan sonra 2-3 gün müddətində istifadə etmək lazımdır.
Allergiyaya səbəb ola biləcəyi üçün istifadə edilən naringinin miqdarına diqqət yetirmək lazımdır.
Həmçinin tərkibində olan fruktoza qanda olan şəkərin miqdarını artıraraq diabet xəstələri üçün təhlükə yarada bilər.
Naringini yeyərkən mütləq tumunu çıxarın çünki, apendisitin yaranmasına gətirib çıxara bilər.
Onun tərkibində olan B vitamini bədəndə olan DNT və RNT-nin yaranmasında əhəmiyyətli rol oynayaraq hüceyrələrin yenilənməsini təmin edir.
Meyvənin tərkibindəki suda həll olan lifdən ibarət pektin maddəsi insana uzun müddət toxluq hissi verir. Buna görə də çəki vermək istəyən insanlar naringi meyvəsindən daha çox istifadə etməlidirlər.
Naringinin qabığında olan ağ liflər selluzloza ilə zəngin olduğu üçün həzm sisteminin yaxşı işləməsini təmin edir. Buna görə də bu meyvənin qabığını soyduqdan sonra üzərində olan ağ lifləri təmizləmədən istifadə edin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət