Naringinin ağ liflərini atmayın — Bu xəstəliklərin dərmanıdır
“Ölkə.Az” xəbər verir ki, C vitamini ilə zəngin olan naringi xərçəngdən diabetə qədər bir çox xroniki xəstəliyə qarşı faydalıdır.
Naringi immunitet sistemini gücləndirir. 1 stəkan naringi dilimində gündəlik lazım olan C vitamininin yarısından çoxu var. C vitamini sağlam dəri və toxumaların yaranması və fəaliyyəti üçün vacibdir. Eyni zamanda immunitet sistemini gücləndirir, ürək-damar xəstəlikləri riskini azaldır.
C vitamini ilə ağ ciyər, döş, qida borusu və mədə xərçəngi kimi bəzi xərçəng növlərinin qarşısını almaq olur. C vitamini orqanizmdə kollagen sintezi üçün də çox vacibdir.
Kollagen yaraların sürətlə sağalmasını təmin edir. C vitamini eyni zamanda digər qidalarla qəbul edilən dəmir mineralının da sovrulmasını təmin edir.
Naringinin tərkibində olan A vitamini göz sağlamlığı sağlam sümük və hüceyrə böyüməsi üçün vacibdir. Bundan başqa naringinin tərkibindəki beta kriptoksantin də iltihabın qarşısını alır.
Naringinin tərkibindəki ağ liflər çox faydalıdır. Tərkibində potasium bol olduğu üçün qan təzyiqini aşağı salır. Qanı təmizləyir, damarların sağlamlığını qoruyur, ürək-damar xəstəliklərinə qarşı faydalıdır.
Naringinin tərkibindəki B vitamini DNA və RNA-nı bərpa edir, yeni hüceyrələrin yaranmasını dəstəkləyir. Flavonoidlər sərbəst radikalları neytrallaşdırır. Nobiletin flavonoidi köklüyün qarısını almağa, diabetlə savaşmağa və xolesterolu azaltmağa kömək edir. Naringinin tərkibindəki tangeritin adlı digər flavonoid isə yağlı qara ciyər xəstəliyi və damar sərtləşməsinin qarşısını alır. Bu meyvənin tərkibində olan folat xərçəngə səbəb ola biləcək DNA dəyişikliklərinin də qarşısını alır.
Naringinin tərkibindəki hesperidin kollagen istehsalı üçün C vitamini ilə birlikdə hərəkətə keçir. Bu meyvə dərmanlar, çirkli hava, xəstəliklər, siqaret çəkmək, kimyəvi məhsullar, UV şüalanmasının mənfi təsirlərini azaldır.
Naringidəki ağ liflər immunitet sistemini gücləndirir, yaddaşı inkişaf etdirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət