Dərc edildi: Baxış sayı: 170
Nardaranda istirahət mərkəzində insident: saxlanılanlar var
Paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsindəki istirahət mərkəzində xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunublar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə iştirakçılarından bir qrupu saxlanılıb.
Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət