Dərc edildi: Baxış sayı: 660
Nar bitkisi haqqında kitab nəşr olunub
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Nar” adlı yeni kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kitabda nar bitkisinin öyrənilmə tarixi, botaniki xarakteristikası, əhəmiyyəti, əsas sortları, sistematikası haqqında məlumatlar yer alır. Bununla yanaşı, nəşrdə nar bağlarının salınması, mövsümü aqrotexniki qulluq qaydaları, xəstəliklər, zərərvericilər və onlara qarşı mübarizə tədbirləri haqqında məqalələr öz əksini tapıb.
Kitab nar məhsullarının istehsalı ilə məşğul olan fermer və sahibkarlar, həmçinin həvəskar bağbanlar üçün nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət