Slimfit
  1. İDMAN

"Napoli" və “Latsio” autsayderlərə məğlub olublar

"Napoli" və “Latsio” autsayderlərə məğlub olublar
Sakura

"Napoli" və “Latsio” autsayderlərə məğlub olublar

Aprelin 3-də futbol üzrə İtaliya A Seriyasının XXX turunun növbəti oyunları keçirilib.

Turun gözlənilməz hesabı "Karlo Kastelani" stadionunda qeydə alınıb. Çempionatın iddialı klublarından sayılan "Napoli" səfərdə autsayder "Empoli"yə məğlub olub – 1:2. "Empoli"nin heyətində Dieqo Farias və Di Lorenzo fərqləniblər. Neapolluların yeganə qoluna isə Zielinski imza atıb.

Bu qələbə sayəsində "Empoli" xallarının sayını 28-ə çatdıraraq 17-ci pilləyə yüksəlib. "Napoli" isə 63 xalla ikinci yerdə qərarlaşıb.

Turnir cədvəlinin üçüncü pilləsindəki "İnter" səfərdə "Cenoa"nı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. "Roma" - "Fiorentina" görüşündə isə qalib müəyyənləşməyib - 2:2.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

"Frosinone" - "Parma" - 2:2

SPAL - "Latsio" - 1:0

"Torino" - "Sampdoriya" - 2:1.

 

Mənbə: Strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR