Slimfit
  1. CƏMİYYƏT

Namizədlərin efir çıxışları başlayır

Namizədlərin efir çıxışları başlayır
Sakura

Namizədlərin efir çıxışları başlayır

9 fevralda keçiriləcək parlament seçkiləri ilə bağlı ödənişli efir vaxtı sabahdan etibarən başlaya bilər.

Bu sözləri Axar.az-a açıqlamasında İTV-nin mətbuat katibi Aynurə Asimqızı deyib. O bildirib ki, bu gün efir vaxtı üçün müraciətlərin son tarixidir:

“Bizdə proqramlar əvvəldən təyin olunmuşdu. 17 yanvarda təbliğat-təşviqat kampaniyasına start verildiyi üçün proqramda dəyişiklik edilib. Çox güman ki, sabahdan etibarən ödənişli efir vaxtına start veriləcək”.

Qurum sözçüsü müraciət edənlər arasında həm fərdi, həm də partiya namizədlərinin olduğunu söyləyib:

“Konkret sayı deyə bilməsəm də, müraciət edən fərdi və partiya namizədlərinin sayı təxminən eyni qədərdir. Ödənişli efir vaxtı üçün artıq qeydə alınanlar var”.

Qeyd edək ki, İTV-nin efirində deputatlığa namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 22 manat, maksimum 65 manat təşkil edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR