Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Naiq Yusifov Nəsir oğlu

Naiq Yusifov Nəsir oğlu
Sakura

DOĞUM TARİXİ: 5 yanvar 1970 VƏFAT TARİXİ: 24 mart 1992

Həyatı

5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlmişdir. 1987-ci ildə burada orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Naiq əsgəri xidmətini başa vurduğu dövrdə respublikamızda gərgin vəziyyət yaranmış, Azərbaycanın Ermənistanla sərhəd bölgələri, demək olar ki, nəzarətsiz qalmışdı. O dövrdə hələ Milli Orduyaradılmadığına görə ərazilərə yalnız yerli özünümüdafiə dəstələri nəzarət edirdilər. Naiq də öz növbəsində Vətən borcunu yerinə yetirmək yolunda ilk addım kimi kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılır. Naiqin "Çənlibel" deyilən yerdə keçirdiyi ilk uğurlu döyüşü onu növbəti sınaqlara daha da ruhlandırır.

Döyüşlərdə iştirakı

24 mart 1992-ci ildə Erməni quldurları Tovuz rayonunun Koxa Nəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. O, cəld qumbaraatanı düşmənin PDM-nə tuşlayır. Bir an içində maşını alov bürüyür. Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün öz canını fəda edir. İrəliyə atılan igid döyüşçünü qumbara qəlpəsi yerə yıxdığından ayağa qalxa bilmir. Lakin ona yaxınlaşan quldurlara avtomatdan atəş açır. Vətənimizin cəsur oğlu düşmən əlinə keçməmək üçün axırıncı qumbarasını sinəsinə sıxır. Bununla da son nəfəsində özü ilə bərabər ona yaxın erməni quldurunu məhv edir.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Yusifov Naiq Nəsir oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Doğulduğu kənddə, Tovuz rayonunun Ağdam kəndində dəfn edilmişdir. Vaxtilə təhsil aldığı orta məktəb qəhrəmanın adını daşıyır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR