Slimfit
  1. CƏMİYYƏT

Nadir Zeynalov: “Hazırda ölkədə koronavirusa yoluxanların sayı çoxdur”

Nadir Zeynalov: “Hazırda ölkədə koronavirusa yoluxanların sayı çoxdur”
Sakura

Nadir Zeynalov: “Hazırda ölkədə koronavirusa yoluxanların sayı çoxdur”

“Hazırda ölkədə koronavirusa yoluxan insanların sayı çoxdur. Bu say xəstəxanalara və tibbi personala çox böyük yük yaradır”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, xəstəxanalarda daha ağır xəstələrin yerləşdirilməsinə şərait yaradılması üçün yüngül simptomları olan xəstələrin ev şəraitində müalicəsinə çalışırlar:

“Bu gün xəstəxanalarda çarpayı fondunda çətinliklər yaşanır. Eyni zamanda, xəstəxanalarda hər bir xəstəyə ciddi və mütəmadi nəzarət olunur. Bu işdə həkimlər, tibb işçiləri çox yüklənir. Məhz həkimlərin yükünün azalması məqsədilə ev şəraitində müalicə metodunun tətbiqinə başladıq.

Bu barədə bayaq rəqəmləri də açıqladım. Düzgün metod kimi bütün dünya ölkələrində də yüngül simptomlu xəstələrin evdə izolyasiyası tətbiq olunur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR