Slimfit
  1. AZƏRBAYCAN

Myanma və Sloveniyadan İlham Əliyevə məktub

Myanma və Sloveniyadan İlham Əliyevə məktub
Sakura

Myanma və Sloveniyadan İlham Əliyevə məktub

Myanma İttifaqı Respublikasının Prezidenti Vin Myin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - təbrikdə qeyd edilir.

***

Sloveniya Respublikasının Prezidenti Borut Pahor da Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

"Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə Sloveniya xalqı adından və şəxsən öz adımdan ölkənizin hərtərəfli inkişafı və rifahı ilə bağlı ən xoş arzularımı, həmçinin səmimi təbriklərimi çatdırım.

Mən tam əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri bizim qarşılıqlı maraqlarımız naminə gələcəkdə daha da inkişaf edəcək, güclənəcək və beləliklə dünyada sülhün, sabitliyin və anlaşmanın möhkəmlənməsinə töhfə verəcəkdir.

Möhtərəm cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR