Slimfit
  1. DÜNYA

Müzeyin kamerası sayəsində xərçəng olduğunu öyrəndi

Müzeyin kamerası sayəsində xərçəng olduğunu öyrəndi
Sakura

Müzeyin kamerası sayəsində xərçəng olduğunu öyrəndi

İngiltərədə ötən gün qəribə hadisə yaşanıb. Sonxeber.az-ın məlumatına əsasən, Bel Gil adlı bir qadın Şotlandiyanın Edinburq bölgəsidə getdiyi bir muzeyin kamerası sayəsində xərçəng olduğunu öyrənib.

BBC-nin verdiyi məlumata görə, Bel ailəsi ilə getdiyi "Camera Obscura and World of İllusions" adlı qaranlıq otaq və illuziya muzeyində termal kameraya əl edib şəkil çəkdirərkən sinəsinin sağ hissəsində qırmızı bir işıq görüb.
"Yanımdakıların heç birində belə bir şey olmadı deyə şübhələndim. Evə getdikdən sonra "Google"-da termal kameralarla bağlı araşdırma etdim və onkoloqların xəstəliyi müəyyənləşdirmək üçün termal kameralardan yararlana bildiklərini öyrəndim. Ertəsi gün həkimə getdim və sinə xərçəngi olduğumu söylədilər" – deyə Bel bildirib.

Xəstəliyi erkən mərhələdə öyrənilən və indi üçüncü dəfə əməliyyat olunmağı gözləyən 41 yaşındakı Bel muzeyə göndərdiyi təşəkkür məktubunda:
"Müşahidə kameralarının məqsədinin xərçəngi müəyyənləşdirmək olmadığını bilirəm amma muzeyinizə ziyarətim həyatımı dəyişdirdi. Kameralarınız olmasaydı xərçəng olduğumu bəlkə də heç öyrənməyəcəkdim" – dedi.

Müzeyin rəhbəri Endru Conson da: "Kameralarımızın belə bir bacarığı olduğunu bilmirdim" – dedi.
Müzeyin kamerası sayəsində xərçəng olduğunu öyrəndi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR