Dərc edildi: Baxış sayı: 520
Muzdlu işdən əldə edilən gəlir 200 manatdan az olarsa gəlir vergisi hesablanır?
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verilən məlumata görə, işçiyə verilən məzuniyyət haqqının hər aya düşən hissəsi həmin ayların əməkhaqqı ilə cəmlənərək gəlir vergisinə, sosial və işsizlikdən sığorta haqqına cəlb edilir. İşçinin əsas iş yerində ay ərzində əldə etdiyi muzdlu işdən gəliri 200 manatdan az olduğu halda, həmin gəlirdən gəlir vergisi hesablanmır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət