Slimfit
  1. AZƏRBAYCAN

Muxtar respublikada yeni içməli su və kanalizasiya xətləri çəkilib

Muxtar respublikada yeni içməli su və kanalizasiya xətləri çəkilib
Sakura

Muxtar respublikada yeni içməli su və kanalizasiya xətləri çəkilib

Bu ilin 9 ayı ərzində “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində muxtar respublikanın Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 17 kilometrə yaxın içməli su xətti çəkilib. 576 evə su verilərək sayğac quraşdırılıb. Həmçinin 16 kilometrədək kanalizasiya xətti çəkilib və bütün mənzillər şəbəkəyə qoşulub.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən müddətdə “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Şahbuz şəhər çirkab su təmizləyici qurğuda tikinti işləri davam etdirilib.

Şərur rayonunun Yengicə kəndində müxtəlif diametrli borularla 30,29 kilometr xətti çəkilib, 894 ev şəbəkəyə qoşulub.

Ordubad rayonunda ümumi tutumu 20 min kubmetr olan 6 su anbarının tikintisi başa çatdırılıb, 18 subartezian quyusu qazılıb. Həmçinin Ordubad şəhərində müxtəlif diametrli borularla 73,5 kilometr içməli su xətti, 72 kilometr kanalizasiya xətti və anbarlar arası 7 kilometr təzyiqli boru xətti çəkilib.

Sədərək rayonunda Dəhnə adlanan ərazidə 8 hektar sahə, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 45 hektar sahə hamarlanaraq əkin üçün yararlı vəziyyətə gətirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR