Dərc edildi: Baxış sayı: 529
Muxayıl Göyçəli - İndi
Ay gözəlim, - mən dərdini çəkməkdən,
Dağılıbdı huşum, zayılam indi.
Dur bircə busə ver alma yanaqdan,
Tümən əvəzinə qayılam indi.
Eşqinin atəşi dağıdır sərim,
Çox da naz eyləmə, ey gözəl pərim.
Atgınan rübəndin camalın görüm,
O, gül camalına mayılam indi.
Muxayılam, mətləbinə çatasan,
Mənim ilə xoş ixtilat qatasan.
Baş qoyuban qolum üstə yatasan,
Durmuşam qapında sayılam indi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət