Dərc edildi: Baxış sayı: 437
Müvəqqəti rejimdə ərzaq məhsulları ƏDV-dən azad ediləcək
Azərbaycanda ərzaq məhsullarının idxalının ƏDV-dən azad olunması təklif olunur.
“Repot”un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Təklif olunan dəyişikliklə müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı ƏDV-dən azad edilir.
Məcəlləyə dəyişiklik Milli Məclisin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət