Mütəxəssislər: Gündəlik addımların sayı insanın çəkisinə təsir etmir
Çoxdan mövcud olan, gündə on min addım yeriməklə incə olmağı təmin etmək olar fikrinin doğruluğu mütəxəssislər tərəfindən yoxlanıb.
Elm adamları, əsasən tələbələr olan üç qrup könüllülərin iştirak etdiyi bir təcrübə keçiriblər.
Gənclər gündə on min, bəzən hətta 12 min və 15 min addım yeriyiblər. Bu vaxt onların radionu tam orta olub, yəni tələbələr həddindən artıq yemir və eyni zamanda ac da qalmırdılar.
Bu cür fiziki fəaliyyətə və yetərincə yüngül qidalanmaya baxmayaraq, təcrübə zamanı onların hər biri 1,5 kq kökəliblər. Mütəxəssislər, onlar üçün belə bir nəticənin gözlənilən olduğunu qeyd ediblər, çünki bütün tələbələrin bir illik təhsil müddətində çəkiləri artır. Beləliklə, addımların sayı kilo itkisinə təsir göstərmir.
Buna baxmayaraq, alimlər diabet, ürək-damar xəstəlikləri və tam piylənmənin inkişafının qarşısını almaq üçün gəzməyə laqeyd yanaşmamağı və oturaq həyat tərzi ilə mübarizəni məsləhət görürlər.
Mənbə: www.medikforum.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət