Dərc edildi: Baxış sayı: 693
Muşketdən seçki açıqlaması: Müsbət təəssüratlarımız var
Bir neçə gündür ki, müşahidəçi qismində Azərbaycanda fəaliyyət göstəririk. Artıq ilkin monitorinqlərimizi aparmışıq.
Axar.az xəbər verir ki, bunu “secki-2020.az” saytına açıqlamasında MDB Parlamentlərarası Assambleyasına üzv ölkələrin vətəndaşlarının Demokratiyanın, Parlamentarizmin və Seçki Hüquqlarının İnkişafı Monitorinqi Beynəlxalq İnstitutunun direktoru İvan Muşket deyib.
“Çox müsbət təəssüratlarımız var. Seçki prosesi qanunvericiliyə uyğun təşkil olunub. Siyasi partiyaların rəhbərləri ilə görüşdük, onların sual və təkliflərini dinlədik. Bizim işimizin nəticələrinə əsasən hesabat və rəy hazırlanacaq”, - deyə İvan Muşket bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət