Slimfit
  1. TEXNOLOGİYA

Müsəlmanlar üçün ilk brauzer təqdim olunub

Müsəlmanlar üçün ilk brauzer təqdim olunub
Sakura

Malayziyanın “Salam Web Technologies” startapı müsəlmanlar üçün nəzərdə tutulmuş ilk brauzeri təqdim…

Malayziyanın “Salam Web Technologies” startapı müsəlmanlar üçün nəzərdə tutulmuş ilk brauzeri təqdim edib.
 
ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, proqramın yaradıcılarının fikrinə görə, “SalamWeb” brauzeri internetdə mədəni sörfinq üçün nəzərdə tutulub. Brauzerə quraşdırılmış bir neçə filtrasiya aləti müsəlmanları təhqir edən və açıq-saçıq məzmunu bloka salır. Məsələn, brauzer pornoqrafiya və qumar oyunlarından ibarət saytları istifadəçidən gizlədir. “SalamWeb” brauzeri bütün populyar platformalarda (“Windows”, “Mac”, “iOS” və “Android”) əlçatandır.
 
Hazırda “SalamWeb” brauzeri əsasən Malayziya və İndoneziyada yaşayan müsəlmanlar üçün nəzərdə tutulub. Şirkət gələcəkdə dünyada yaşayan müsəlmanların 10%-ni əhatə etmək niyyətindədir. “Bloomberg” nəşrinin qiymətləndirməsinə görə, hazırda dünyada təxminən 1,8 milyard müsəlman yaşayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR