Dərc edildi: Baxış sayı: 1282
Müsəlman ölkələrində bizə nifrət artır – Xəbərdarlıq
AB Qəzzadakı müharibə ilə bağlı ikili standartlar ittihamları səbəbindən müsəlman dünyasında və onun hüdudlarından kənarda artan düşmənçiliklə üzləşir.
Axar.az “Röyters”ə istinadla xəbər verir ki, bu barədə AB-nin baş diplomatı Jozep Borrell xəbərdarlıq edib.
Borrell bildirib ki, o, bu cür kəskinliyin Qlobal Cənubda Ukraynaya diplomatik dəstəyi və AB-nin beynəlxalq müqavilələrdə insan haqları müddəalarında israr etmək qabiliyyətini poza biləcəyindən ehtiyat edir.
O, artıq bəzi (müsəlman) nazirlərdən BMT-də növbəti səsvermə zamanı Ukraynanı dəstəkləməyəcəklərinə dair mesajlar aldığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət