Dərc edildi: Baxış sayı: 563
Müsəlman güləşçiyə şok cəza Şeyx Şamilə görə
Güləşçi Əbdülrəşid Sədullayev Dağıstan və Çeçenistanın müsəlman lideri, “Qafqaz qartalı” Şeyx Şamilin fotosu əks olunmuş köynək geyindiyi üçün cəzalandırılıb.
Publika.az xəbər verir ki, Beynəlxalq Güləş Federasiyası Sədullayevi 4 ay döşəkdən uzaqlaşdırıb.
Qeyd edək ki, güləşçi həmin köynəyi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən çempionatın mükafatlandırma mərasimində geyinmişdi.
Xatırladaq ki, Əbdülrəşid Sədullayevin 1 olimpiya, 4 dünya və 4 Avropa çempionluğu var. O, ötən ay Dünya Çempionatında birinci olmuş və bu zəfərini Şeyx Şamilə həsr etmişdi.
Zümrüd
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət