Müsahibədən öncə şirkət haqqında bunları öyrənin
İş müsahibəsinə hazırlaşmağın vacib hissəsi ‘ev tapşırığı’nı şirkət üzərində qurmaqdır. Müsahibinizlə görüşdən əvvəl yenicə öyrəndiyiniz informasiyalar özünüzü daha hazırlıqlı hiss etməyinizə kömək edəcək və müsahibə davam etdikcə sizi keyfiyyətli söhbət mövzuları ilə təmin edəcək.
İşə götürənlər təkcə sözü gedən iş yerinin məsuliyyətləri haqda deyil, həm də şirkət haqqında kifayət qədər məlumatlı olan namizədləri qeydə alırlar. Bu, işə götürənlərə göstərir ki, siz səriştəli namizədsiniz və iş üçün çarəsizlikdən deyil, bütün faktları nəzərdən keçirdikdən sonra müraciət etmək qərarına gəlmisiniz.
Beləliklə, şirkət haqda öyrəməli olduğunuz ən vacib 5 məqam bunlardır:
1. Şirkətin missiyası və əsas məlumatlar
Əgər vaxtınız məhduddursa və şirkət haqqında ətraflı məlumat əldə etmək imkanınız yoxdursa, ən azından şirkətin vebsaytından ən vacib qeydləri götürün. Dərhal veb-saytın “Haqqımızda” və ya ”Missiyamız” bölmələrinə daxil olun. Şirkətin nə işlə məşğul olduğunu öyrənin və şirkətin təklif etdiyi məhsul və xidmətlər haqqında məlumat əldə edin.
Şirkət haqqında öyrənməli olduğunuz ən əsas məlumatlar bunlardır: beynəlxalq şirkətdirmi, qərargahının yerləşdiyi ünvan, şirkətin əməkdaşlarının sayı və s. Bəzi missiya bəyanatları digərlərinə nisbətən daha informativ və faydalıdır, lakin bir çoxları şirkətin ictimaiyyət qarşısında nə cür təmsil olunmaq istədiyi və şirkətin dəyərləri haqqında fikir formalaşdırır. Misal üçün, bəzi bəyanatlar şirkətin ətraf mühitə qarşı məsuliyyətli olduğunu vurğulayacaq, digərləri isə müştəri xidmətlərini ön plana çəkəcək. Müsahibə zamanı bu biliklərdən istifadə edərək sizin dəyərlərinizin və məqsədlərinizin şirkətinkilərlə nə qədər üst-üstə düşdüyünü izah edə bilərsiniz.
2. Şirkəti rəqiblərdən fərqləndirən cəhət nədir?
Müasir dövrdə qabaqcıl şirkətlər öz sahəsinin çox saylı ortaqları ilə rəqabət aparırlar və unikal məhsul və xidmətlər təklif edərək və ya müştərilərinə fərqli yanaşma tətbiq edərək özlərini digərlərindən fərqləndirməyə çalışırlar. Şirkətin nə cür fərqli fəaliyyət göstərdiyi haqda məlumatlı olmaq olduqca vacib incəlikdir, xüsusilə də, əgər müsahibə götürən şirkətdə sizi daha çox nəyin cəlb etdiyini soruşursa.
Fikrinizi bu kiçik detal üzərində cəmləşdirməyiniz sizə tutarlı bir cavab hazırlamağa kömək edəcək. Belə cavaba nümunə bir nümunə: “Digər maliyyə xidmətləri şirkətlərinin diqqətlərini yüksək gəlirli şəxslərə yönəltdiyi halda, sizin şirkətinizin aşağı gəlirli insanlar üçün dəyər yaratmaqda ixtisaslaşdığına diqqət yetirdim. Bu həqiqətən mənim də bir parçası olmağı düşündüyüm bir strategiyadır.”
3. Xəbərlərdə və sosial şəbəkələrdə şirkət haqqında nə deyilir?
İri korporasiyaların fəaliyyəti haqqında tez-tez yerli və milli media orqanları tərəfindən məqalələr dərc olunur, xüsusilə də, əgər şirkətin çoxlu sayda əməkdaşı varsa. Əgər sizin müraciət etmək istədiyiniz şirkət media nümayəndələrinin diqqətini cəlb edəcək qədər iri deyilsə, yenə də, həmin şirkətin bloqunda, onlayn qəzetində və veb-saytında yayımlamaq üçün press-relizlər hazırlayan marketinq komandası ola bilər.
Əgər şirkətin Facebook və Twitter kimi sosial şəbəkələrdə hesabları varsa, həmin hesabları nəzərdən keçirin və şirkətin müştərilərinə və izləyicilərinə nə kimi cavablar verdiyinə diqqət yetirin. Hətta bu yolla siz şirkətdə hazırda çalışan əməkdaşlarla əlaqələr qura bilər və şirkətin cari əməkdaşlarından nə gözləntiləri olduğunu öyrənə bilərsiniz.
4. Şirkətin quruluşu necədir?
Müraciət etdiyiniz şirkətdə komanda zəncirin quruluşunu öyrənmək üçün əlinizdən gələn hər şeyi edin. Məsələn, bəzi şirkətlər belə qurulmuşdur: işə yeni başlayan işçi, şöbə müdiri, rəhbər müavini, rəhbər, regional rəhbər və s. İdarə heyəti varmı? Bəs korporativ qərargah? Korporativ sahə regional sahədən və ya pərakəndə satış sahəsindən nə ilə fərqlənir?
5. Kim məsuliyyət daşıyır?
Yuxarıdan aşağıya doğru şirkətdə kimin nə işlə məşğul olduğu haqqında araşdırma edin. Şirkətin təsisçisinin və əsas idarə heyətindəkilərin adlarını öyrənin. Əgər müraciət edəcəyiniz şirkət çox da iri deyilsə, bu halda suallarını cavablandıracağınız rəhbərin adını öyrənin.
İş müsahibəsinə hazırlıq üçün son qeydlər
Şirkət haqqında daha çox bildiyiniz halda, sizə ünvanlanmış sualları cavablamaq üçün daha hazırlıqlı olacaqsınız və qarşılaşdığınız kadrlar şöbəsi heyəti və digər əməkdaşlar qarşısında daha səriştəli görünəcəksiniz. Bir şirkət haqda lazımi məlumat əldə etmək müsahibə zamanı potensial suallar verə bilmək üçün də yaxşı bir üsuldur. Bir sözlə, şirkət haqda bacardığınız qədər çox məlumat yığın. Çünki iş müsahibəsinə həddən çox hazırlıqlı olmaq və ya işəgötürən haqda həddən çox bilikli olmaq heç vaxt alınmır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət