Slimfit
  1. AZƏRBAYCAN

Musa Quliyev özəl klinikalara vergi güzəşti istədi

Musa Quliyev özəl klinikalara vergi güzəşti istədi
Sakura

Musa Quliyev özəl klinikalara vergi güzəşti istədi

“Tütün məmulatları ilə yanaşı, sulu və bütün növ qəlyanlar aksiz vergisinə cəlb edilməlidir. Qanunvericilikdə qəlyan da tütün məhsullarına bərabər tutulur. Amma Vergi Məcəlləsində bu məsələ öz əksini tapmayıb”. 

Modern.az-ın məlumatına görə, bunu parlamentdə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Musa Quliyev deyib. Deputat özəl səhiyyə mərkəzlərinə vergi güzəştlərinin tətbiq olunmasını təklif edib.

“Özəl səhiyyə müəssisələri dövlətin sosial yükünü və məsuliyyətini daşıyır. Onlar vətəndaşlara xidmət edir, gəlirləri də vətəndaşların ödədikləri vəsait hesabına formalaşır. Bir sıra dövlətlərdə özəl tibb müəssisələri ya vergidən tam azad edilir, ya da güzəştli vergi tətbiq olunur. Bu baxımdan özəl tibb sektoruna vergi güzəştlərinin tətbiq edilməsi yaxşı olardı”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR