Dərc edildi: Baxış sayı: 518
Murad Talibi - Yadıma düşdü
Bir gecə yatırdım yüz xəyal ile
Alma yanaqlann yadıma düşdü.
Sözləşənde şirin candan yol salam
Badam qabaqlann yadıma düşdü.
Sevdiyim, bu dərdin hər zaddan yaman,
Zülfünün telləri boynumda kaman.
Söyieyendə qətre-qetrə bal daman
Yuxa dodaqlann yadıma’düşdü.
Ağzın dadlılığı misli bal kimi,
Hüsnün tər açılan tazə gül kimi,
Bir budaqda biten dəsəmmil kimi
Qoşa məmelərin yadıma düşdü.
Bostan gülşəninde baxçanın gülü,
Dağm sünbülüsen, bağın bülbülü.
Başa yastıq-təkyə edib qoymalı
Ol ağ biləklərin yadıma düşdü.
Talibi der. alma, nan əllenen,
Hüsn içinde adamzada bəllənən,
Yürüyəndə min nazilə sallanan
Şəmşad ayaqlann yadıma düşdü.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət