Murad Heydərov: “TAP-da işlər qaydalara uyğun davam etdirilir”
Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin fəaliyyəti COVİD-19 infeksiyası ilə əlaqədar Yunanıstan, Albaniya və İtaliyada sanitar qaydalara tam uyğun şəkildə həyata keçirilir.
“Report” xəbər verir ki, bunu TAP-ın İdarə Heyətinin sədri Murad Heydərov bildirib.
O qeyd edib ki, 2020-ci ildə ilk qaz nəqlini təmin etmək hədəflənir.
“Təcrid və karantin tədbirləri ilə əlaqədar çətinliklərə baxmayaraq, hazırda işlər yüksək səviyyədə diqqətlə davam edir. Hazırki vəziyyətdəTAP-ın əsas prioriteti işçilərinin, podratçıların və subpodratçıların işçilərinin sağlamlığı və təhlükəsizliyi məsələsidir. Fevral ayının sonuna, TAP layihəsinin 93,5%-i yekunlaşıb. Önümüzdəki həftə və aylarda Albaniyada, daha sonra isə İtaliyada ilk qazı təqdim etməyi planlaşdırırıq.
Buna baxmayaraq, beynəlxalq və milli səviyyədə səhiyyə orqanlarının təlimatlarına əməl edərək, COVID-19-un təkamülünü çox yaxından izləməyə davam edirik. Planlı layihə fəaliyyətlərimizi ev sahibi ölkələrin gələcək tələblərinə uyğunlaşdırmağa və vəziyyət dəyişərsə, effektiv reaksiya verməyə hazırıq. Qeyd etdiyim kimi, layihəyə cəlb olunan insanların sağlamlığı bizim başlıca prioritetimizdir”, - M. Heydərov əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət