Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Münasib qiymətə harada istirahət edə bilərik?

Münasib qiymətə harada istirahət edə bilərik?
Sakura

Münasib qiymətə harada istirahət edə bilərik?

Artıq gələn aydan yay mövsümi başlayır. İş yorğunluğu və şəhərin səs-küyündən qaçmaq istəyən paytaxt sakinləri istirahət günlərində ölkənin müxtəlif bölgələrinə səfərlər planlaşdırır. İstirahət üçün əhali münasib qiymətə məkan axtarır.

Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin (AzTA) sədri Nahid Bağırov Metbuat.az-a açıqlamasında deyib ki, keçən illə müqayisədə regionlardakı istirahət mərkəzlərində qiymət artımı müşahidə olunmur. Onun sözlərinə görə, bu il də ənənəvi olaraq Qəbələ, Quba-Qusarzonasına turist axını gözlənilir.

Sədr bildirib ki, hazırda Qəbələ zonasındakı otellərdə boş yer tapmaq mümkün deyil. Otellərdə qiymətlər 20 AZN-dən başlayaraq, 150-200-dək davam edir. Ölkəmizdə müxtəlif ulduzlu otellər var. Bir ailə münasib qiymətə istirahət etmək istəyirsə, bölgələrdəki üçulduzlu otellərə üz tuta bilər. Demək olar ki, bütün regionlarımızda otellər tikilib. Turist istərsə gedib münasib qiymətə Qəbələdəki oteldə, istərsə də Lənkərandakı oteldə dincələ bilər. Bu turistin şəxsi istəyindən asılıdır.

Azərbaycanda əhalinin üz tutduğu məkanlardan biri də Nabrandır. Buradakı otellər Antalyayı xatırlatdığı üçün, güman edirik ki, bu il də orada dincələnlərin sayı çox olacaq.

Əhalinin ən çox üz tutduğu məkanlardan biri Nabranda yerləşən “Atlant” İstirahət Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin məsul şəxsi bildirdi ki, “Atlant”da 2 nəfər üçün adambaşına otelin qiyməti 50 AZN-dən başlayır. Koteclərə gəldikdə isə qiymət dəyişir. 2 otaqlı kotecdə bir gün qalmaq üçün 70 AZN pulunuzdan keçməlisiniz.

Qeyd edim ki, bu qiymətə gündə 3 dəfə qidalanma daxildir. Qonaqlar üçün aquaparkdan istifadə pulsuzdur.

Münasib qiymətə yer tapmayan şəxslər isə regionlarda kirayə ev tutmağa üstünlük verirlər.

AzTA sədrinin sözlərinə görə, insanların evlərini kirayə verməsi faktı dünyada mövcuddur. Azərbaycanda da bu hal var. Elə insanlar da var ki, büdcəsi aşağı olmasa da, təbiətin qoynunda, kənd yerində istirahət etmək istəyirlər. Bu zaman onlar regionllardakı kirayə evlərə üz tuturlar.

Kirayə evlərin qiymətlərinə gəldikdə isə adi yaşayış evi və villa olmaqla qiymətlər dəyişir. Belə ki, Qəbələdə hər cür şəraiti olan ailə üçün nəzərdə tutulmuş 6 otaqlı villa günü 180 AZN-dən verilir. Normal şəraitlə təmin olunmuş 2-3 otaqlı evlər isə 20-30 AZN-dən başlayaraq təklif edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR