Slimfit
  1. MEDİA

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)
Sakura

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)

    “Elmi Proqnozlaşdırma Mərkəzi” (“EPM”) təqdim edir!

 

 MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)

 

                                       1-ci Hissə

 

 

Müharibədən sonra Azərbaycanın ictimai-siyasi həyatında diqqəti cəlb edən önəmli tendensiya və məfhum nədir?

Gəlin, birlikdə təhlil edib aydınlaşdıraq.

10 noyabr gecəsi, dövlət başçısı İ. Əliyevin, Rusiyanın diqtəsilə imzalamağa məcbur qaldığı və cəmiyyətimizə "böyük zəfər" kimi təqdim olunan üçtərəfli bəyənatdan sonra, Azərbaycanda olduqca maraqlı və bir o qədər də ziddiyyətli hadisə və tendensiyalar baş verməkdədir.

Xronologiyaya nəzər salaq.

Öncə, zəfər kimi təqdim olunan 10 noyabr razılaşması barədə

Əvvəlcə Kəlbəcərin boşaldıması ilə bağlı yaranan və tam 10 gün ertələnən razılaşamadakı çat və problem; zaman keçdikcə, yarılma və böhrana çevrildi: Rus "sülməramlılarının" sükutu və bəzən də birbaşa iştirakı ilə baş verən, və Laçın dəhlizinin "karvansaraya" çevrilməsi və terrorçularının DQ ərazisində at oynatması ilə cərəyan edən hadisələrdə, öncə Azərbaycan tərəfi, durumu, görünürdə, kontrol altında saxlasa da, zamanla, xaosun artması və Rusiyanın basqıları nəticəsində, kontrolu, tamamilə qarşı tərəfə təslim etdi. Belə ki, əvvəllərdə, Azərbaycanın atdığı adekvat və preventiv tədbirlər nəticəsində toqquşmalar baş verdi və yüzlərcə erməni terrorçusu əsir götürüldü. Lakin, sonra, Rusiyanın və xaricin təzyiqi ilə onları azad etməli oldusa da, bu səfər də daxili etirazlar nəticəsində, sonrakı qruplar üçün azad etmə qərarından vaz keçildi.

Beləliklə, xarici və daxili təzyiq nəticəsində hakimiyyətimiz, qəribə və komik bir "orta yol" taparaq, Azərbaycanın suverenliyinin pozulması demək olan-terrorçuların qarşısının kəsilməsi və əsir götürülməsi olayını-antiterror əməliyyatını dayandırdı. Yəni, əməliyyat olmasa zatən əsir də olmayacaqdı və beləliklə də nə xaricdən- onları buraxmaqla bağlı, nə daxildən- onları buraxmamaqla bağlı təzyiq gəlməyəcəkdi.

(Bu da əlbəttə iqtidarımızla bağlı, ənənəvi təsbitimizi-özü üçün problemli olsa da hər şeyin asanına qaçmağa meylini bir daha təsdiq edən bir presedent idi).

Beləliklə Qarabağ cəbhəsində, kontrolu, Rusiyaya buraxan hakimiyyətimiz, bütün ümidini və diqqətini daxilə yönəltməyə başladı və bir mənada “Qarabağ dəftərini” qapatmış oldu. Təsadüfi deyil ki, prezident, o vaxtdan bu yana, dəfələrlə “Qarabağ problemi artıq bitibdir” söyləmişdir. Bu isə; bir tərəfdən, qazandığını iddia etdiyi uğur və “zəfər”ə olan şübhələri yox etmək cəhdi idisə, digər tərəfdən də, məsuliyyəti üzərindən atmaq və yüksək riskli və çətin Qarabağ münaqişəsinin bundan sonrakı problemlərindən, yaxanı kənara çəkmək cəhdi idi. Yəni, faktiki olaraq cəmiyyətə, “Bizdən bu qədər. Əlimizdən gələn budur” söylənilməkdədir və son nəticədə də bu, “Qalan torpaqları unudun” mesajı anlamına gəlir.

Bütün diqqətini və ümidini daxilə yönəldən və cəmiyyəti də buna sövq etməyə çalışan hakimiyyətin, daxillə bağlı verdiyi ilk qərarı, naşı və avanturist bir qərar oldu: müharibə əlillərinə, olduqca az miqdarda müavinət təyin edildi. Bu qərara gələn ictimai təpkilər, həftələr sonra da olsa, qərarın dəyişilməsinə səbəb oldu və yeni qərar isə cəmiyyətə, “yeni il qabağı hədiyyə” kimi məhz 31 dekabrda açıqlandı.

Bu arada; yeni təsis edilən zəfər gününün də, öncə, 10 noyabrdakı razılaşmaya asossasiya kimi, 10 noyabr olaraq açıqlanıb, sonra Atatürkün ölüm günü səbəbilə 9 noyabr olaraq dəyişdirilməsi addımı da, (bəzi fanatiklərcə “müdrik addım” və “Türkiyəyə jest” olaraq görülsə də) hətta şüurlu edilmiş dəyişiklik olsa belə, əslində qeyri-ciddi qərar və ənənəvi yarıtmazlıqdan başqa bir şey deyildi və ən birinci, elə iqtidar üçün zərərli idi. Çünki, prezidentin və hakimiyyətin qərarlarının kövrək və elastiki olduğunu təlqin edirdi.

Xronologiyaya davam edək.

Hakimiyyət üçün əsil naşılıq və risklər, bundan sonra baş verəcəkdi və ölkədə, tam bir xaos, “bazar” yaşanacaqdı.

Belə ki, yanvarın ilk günlərində yanacağın qiymətinin ciddi şəkildə qalxması, əhalidə “nələr baş verir?” suallarını yaratdı, ardınca isə suyun qiymətinin də qalxması ilə, hakimiyyətin, müharibə vasitəsilə qazandığı bütün “xalları” itirilmiş oldu. Bununla da cəmiyyət, eyforiyadan ayılıb, mövcud iqtidarın, “köhnə hamam, köhnə tas” olduğunu anlamağa başladı və bu da, təbii ki, İ. Əliyevin reytinqinin ciddi düşməsi ilə müşayiət olundu.

Bu dönəm üçün xarakterik olan tendensiyalardan biri əgər bahalaşma idisə, digəri də “kompromatlar savaşı” idi. Belə ki, müharibədən sonra, diqqətlər, daxilə yönəlməyə başladıqdan etibarən, qismən də təbii olaraq, məmurların tənqidinin və problemlərin aktuallaşmasının vektoru gücləndi. Digər tərəfdən də, cəmiyyətin yeni gözləntiləri və yüksəlmiş dəyişiklik tələbi fonunda, iqtidarın da buna, bir şəkildə ayaq uydurmaq məcburiyyətində qalması ilə, nəticədə, hakimiyyət, ciddi və kəskin qərarlar, daha doğrusu “qurbanlar vermək” durumunda idi. Bu da təbii olaraq, mövcud məmurların, xüsusən də “köhnələr”in və hakim komandadan olmayanların “əcəl zənglərinin çalınması” anlamına gəlirdi.

Ən azından bunun həyacanı və ehtimalı belə, onlar üçün təlaşa düşməyə bəs edirdi və bu da son nəticədə, onları, fevri qərarlara və son “kartlarını” oynamağa sövq edirdi. Bu da onların; əlindəki kompromatları və ya silahları, mümkün qədər ortaya çıxarmağa, rəqiblərini və digər məmurları gözdən salmağa, özünü təmizə çıxarmaq üçün hər cür vasitəyə əl atmağa, olanını ortaya qoymağa çalışması demək idi. Məşhur bloqqerlərə və jurnalistlərə ötürülən və onların, normalda sahib olması çox zəif ehtimal olan-şok kompromatlar, sözsüz ki, yalnız digər imkanlarla-rəqib məmurlar vasitəsilə əldə oluna bilərdi.

                                                                             

                   “Elmi Proqnozlaşdırma Mərkəzi”nin direktoru Yunis Dürüst

 

Mərkəzin fəaliyyətini hələki fb səhifəsindən izləmək olar: https://www.facebook.com/ElmiProqnozlashdirmaMerkezi/about/?ref=page_internal

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR