Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Müharibədə 3 qardaş döyüşürdülər, biri şəhid oldu

Müharibədə 3 qardaş döyüşürdülər, biri şəhid oldu
Sakura

Müharibədə 3 qardaş döyüşürdülər, biri şəhid oldu

Naxçıvanın Culfa şəhərindən olan Nəcəfovlar ailəsi 44 günlük Vətən müharibəsinə 3 qəhrəman övlad göndərib. Üçü də ixtisaslı hərbçi, üçü də ön cəbhədə düşmənlə üz-üzə. Tarixi zəfərimizə imza atan qardaşlardan biri – Yaqub Nəcəfov müharibədən şəhid, digər ikisi – İbrahim və İsmayıl Nəcəfovlar isə qazi kimi geri dönüblər. Övlad itirmək nə qədər ağır olsa da, zəfər sevinci ailəni ovundurub. 

Qafqazinfo” qəhrəman oğulların valideynləriylə həmsöhbət olub. Məlum olub ki, ailənin hərb sənətinə olan sevgisi irsidir. Bu üç qəhrəmanın atası Məhəmməd Nəcəfovun özü və qardaşları da Birinci Qarabağ müharibəsi veteranlarıdır.

“Böyük oğullarım İbrahim və İsmayıl əkizdir, Yaqub isə qardaşların kiçiyidir. Onların hamısı öz istəkləriylə bu sənəti seçiblər, sevinə-sevinə bu sənətə gediblər. Hər biri yüksək balla Naxçıvanda Heydər Əliyev adına Hərbi Litseyə qəbul olunub, sonra isə Bakıda Ali Hərbi Akademiyada təhsil alıblar. Şəhid övladım Yaqubun 20 yaşı var idi, müharibə başlayan ərəfədə 4-cü kursda oxuyurdu. Bir müddət təlim keçəndən sonra leytenant rütbəsi aldı və cəbhəyə yola salındı. Digər oğullarım isə baş leytenantdır. Mən müharibəni görmüşəm, qəlpə yaraları almışam. Bilirəm ki, döyüşdə hər şey olar: şəhid də olar, qazi də olar, qalib də. Bunların hər üçü bizdə var”. 

Şəhid atası deyir ki, hər üç oğlu, xüsusən, Yaqub cəbhəyə qürurla, həvəslə yollanıb. Şəhidimizin döyüş yolu əksər qaynar əməliyyat zonalarından keçib:

“Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı  döyüşlərində igidliklə vuruşub, Şuşaya qalxıb. Mən onun Şuşada olduğunu bilmirdim, qardaşı zəng edəndə Yaqubun Şuşada olduğunu dedi. Oradan qardaşı ilə əlaqə saxlayıb, deyib ki, “biz Şuşanı azad eləmişik, Şuşada gəzirik”. Mənim sevincimin həddi-hüdudu yox idi. Çünki bizim hərbçilərimiz çox qısa vaxtda – 44 günə işğal altında olan torpaqlarımızı azad etdilər. Tarixdə görünməyən iz qoyub getdi şəhidlərimiz. Qazilərimiz də zəfərin canlı şahididirlər”. 

Ailəsi Yaqubun şəhadətə qovuşması xəbərini Şuşanın azad olunmasından bir gün sonra – noyabrın 9-da alıb. Həmin gün Yaqubun silahdaşı atasına zəng edərək oğlunun şəhidlik xəbərini verib:

“Oğlumun silahdaşı mənə dedi ki, “başınız sağ olsun, Yaqub şəhid oldu”. Onun dəqiq hansı ərazidə olduğunu deyə bilmədi, çünki bir müddətdən sonra o yoldaş özü də şəhid oldu. Sonradan öyrəndik ki, onlar Şuşada xüsusi təyinatlılarla birgə sıldırım qayalara dırmaşıblar. Düşmənin gözlədiyi yoldan yox, əks istiqamətdən qalxıb düşmənə ağır zərbə endiriblər. Oğlum o şəraitdə də şəhid olub. Təlimlərdə olanda mən onun yoldaşlarının telefon nömrələrini götürmüşdüm, öz nömrəmi də onlara vermişdim ki, nəsə olsa əlaqə saxlayaq. Elə bil ürəyimə dammışdı ki, nəsə ola bilər...” 

Şəhid leytenant Yaqub Nəcəfov doğulduğu Culfa şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub...

Ailənin Vətən müharibəsində iştirak edən digər övladı İsmayıl Nəcəfov sağ-salamatdır və hazırda xidmətini davam etdirir. Onun əkiz qardaşı İbrahim Nəcəfov isə oktyabrın 5-də Ağdam istiqamətində döyüşlərdə ağır yaralanıb. Yaralı vəziyyətdə də döyüşüb, əsgərlərini tək buraxmayıb. Əvvəlcə Sarıcalıda, sonra Yevlaxda və Bakıda - ümumilikdə 7 dəfə əməliyyat olunub. Hələ əlavə əməliyyatları da olacaq. Həm gözünün ətrafında, həm də ayağında qəlpələr qalır. 

Qəhrəman döyüşçülərin anası Xuraman Nəcəfova belə vətənpərvər oğullar yetişdirdiyinə görə fəxarət hissi keçirdiyini deyir: 

“Balalarım çox vətənpərvər olublar, biz onlarla bağlı həmişə ancaq təşəkkür almışıq. Oğlanlarım deyirdilər ki, biz Prezidentimizin döyüş əmrini gözləyirik ki, gedək mənfur düşmənlərimizi param-parça edək. Kiçik oğlum Yaqub döyüşüb qəhrəmancasına şəhid oldu. Böyük oğlum İbrahim döyüşdə yaralı olsa da, ağrıkəsici vurmağa qoymayıb. O anda da əsgərlərini düşünüb, fikirləşib ki, bəlkə bir ağrıkəsici ondan sonra kiməsə lazım ola bilər. Ağrıya qatlana-qatlana dözüb və axıradək də döyüşüb. Qazi olmasına baxmayaraq deyir ki, “bir dəfə torpaqlarımızın havasını ciyərlərimizə çəkmək üçün yüz dəfə canımı qurban edərəm”. Digər oğlum İsmayıl da cəbhədə gecə-gündüz Allaha yalvarıb ki, öləcəksə özü ölsün, qardaşlarına heç nə olmasın. Mən fəxr edirəm ki, belə övladlar böyütmüşəm”. 

Ailənin sonbeşiyi Yaqubla bağlı danışmaq valideynlərə çətin olsa da, onun uğrunda vuruşduğu Şuşanın azadlığa qovuşduğunu bildiyinə görə təsəlli tapırlar. 

“Şükür, ölkəmiz azadlığa qovuşdu, torpaqlarımız geri qaytarıldı. Mən fəxr edirəm ki, balalarım məni üç dəfə leytenant anası elədilər. Mən istəyərdim ki, mənə “filankəsin qayınanası”, “filankəsin nişanlısının anası” desinlər. Amma qürur hissi keçirirəm ki, oğlum Yaqub məni ən yüksək zirvələrə qaldırıb şəhid anası elədi. Vətən sağ olsun, bayrağımız həmişə uca olsun!”, - Xuraman Nəcəfova deyir. 

Valideynlərindən öyrənirik ki, piyada qoşunlarında xidmət edən böyük qardaşlar Yaqubun da onlar kimi olmasını istəməyiblər, digər qoşun növlərində xidmət etməsini arzulayıblar. Lakin şəhidimiz qətiyyətlə qardaşlarının getdiyi yolu seçib, israrla qardaşlarının arxalarınca gələcəyini deyib. Şəhid Yaqubun fikrinə görə, ön cəbhədə olmaqla yüksək rütbələrə daha tez çatmaq olar.

Həqiqətən də, Yaqub Nəcəfov öz istəyinə çatıb, hamıdan tez ən yüksək zirvəyə - şəhidlik zirvəsinə yüksəlib...

Gülnar Əliyeva

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR