Slimfit
  1. HƏRB

“Müharibə dövrü üçün bütün hazırlıq işləri həyata keçirilir” - AÇIQLAMA

“Müharibə dövrü üçün bütün hazırlıq işləri həyata keçirilir” - AÇIQLAMA
Sakura

“Müharibə dövrü üçün bütün hazırlıq işləri həyata keçirilir” - AÇIQLAMA

“Hərbi hissələrin şəxsi heyəti çağırışçılarla komplektləşdirilir. Eyni zamanda, müharibə dövrü üçün bütün hazırlıq işləri həyata keçirilir və bu iş daimi aparılır”.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

Onun sözlərinə görə, ordu sıralarından təxris olunan hərbi vəzifəlilər seçilir:

“Onlar hərbi ixtisaslarına görə təyinatları üzrə seçilərək, komandalara təyin olunur. Hər hansı hadisə baş verdikdə, səfərbərlik olduqda hərbi hissələrdən daxil olmuş sifarişlər əsasında bu şəxsi heyət hazırlanaraq, toplanış məntəqələrindən həmin hərbi hissələrə göndərilirlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR