“Müharibə andı içdik, peşman olacaqlar” - ABŞ-I təhdid etdilər
Hurriyyet.org xəbər verir ki, Əfqanıstanda baş verən hücumdan sonra ABŞ prezidenti Donald Tramp Taliban ilə müzakirələri dayandırmışdı. Əfqanıstanda həyata keçirilən və aralarında bir ABŞ əsgəri olmaqla 12 nəfərin həlak olduğu hücumdan sonra, Tramp sülh müzakirələri ilə bağlı “müzakirələr öldü” kəlməsini işlətmişdi.
Bunun ardından Taliban “hərbi and” içdiyini, hər cür mübarizə aparmağa davam edəcəklərini bəyan edib. Talibanın mətbuat nümayəndəsi Zabihullah Mujahid (Zabihullah Mücahid) “Frans Press” agentliyinə müsahibəsində deyib: “Əfqanıstanın işğalına son qoymağın iki yolu var idi: biri cihad və döyüş, digəri isə danışıqlar və müzakirələr. Tramp danışıqları dayandırmaq istəyirsə, birinci yolla gedəcəyik və onlar yaxın zamanda peşman olacaqlar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət