Slimfit
  1. İQTİSADİYYAT

'Muğan Bank'ın zərəri kəskin azalıb

'Muğan Bank'ın zərəri kəskin azalıb
Sakura

'Muğan Bank'ın zərəri kəskin azalıb

"Muğan Bank" ASC bu ilin I rübünü 1,3 milyon manat zərərlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 90,2% və yaxud 10,2 dəfə azdır.

Yanvar-mart aylarında "Muğan Bank"ın gəlirləri 11,8 milyon manat (illik müqayisədə 17,2% az), xərcləri 12,4 milyon manat (3,9% az), xüsusi ehtiyatlara ayırmaları isə 680 min manat (95,3% az) təşkil edib.

Bu il aprelin 1-nə "Muğan Bank"ın aktivləri 605,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,6% çoxdur. Bunun 370,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,5% böyüyüb.

Hesabat dövründə "Muğan Bank"ın öhdəlikləri 13,6% artaraq 519,5 milyon manata, o cümlədən depozit portfeli 9,8% artaraq 271,1 milyon manata, balans kapitalı isə 29,3% artaraq 86,2 milyon manata, o cümlədən nizamnamə kapitalı 7,9% artaraq 102,5 milyon manata çatıb.

Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR