Slimfit
  1. İQTİSADİYYAT

Muğan Bank bağlandı: kredit borcları silinəcək? - Açıqlama

Muğan Bank bağlandı: kredit borcları silinəcək? - Açıqlama
Sakura

Muğan Bank bağlandı: kredit borcları silinəcək? - Açıqlama

Azərbaycanda təxminən 10 il ərzində 20-ə yaxın bank bağlanıb. Lakin müəssisənin bağlanmasının bura borcu olan şəxslərə heç bir təsiri yoxdur. Bankın lisenziyasının ləğv edilərək, inzibatçının təyin edilməsi kredit borcu olanlar üçün hansısa şərti dəyişmir. Qrafikə uyğun olaraq, onlar borclarını ödəməlidir.

Ens.Az-ın məlumatına əsasən,bu sözləri Yenipress.az-a Muğam Bankın lisenziyasının ləğv edilməsi haqda açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

İqtisadçı bildirib ki, qoyulan əmanətlərin geri qaytarılması prosesi haqda məhkəmə bankı müflis elan edəndən sonra bir ay ərzində Əmanətlərin Sığortalanması Fondu (ƏSF) vasitəsi ilə məlumat veriləcək:

“Burada söhbət sığortalanan əmanətlərdən gedir. Muğan Bankın depozit portfelində 99.9 faiz əmanətlər sığortalanıb. Sığortalanmayanların miqdarı isə çox cüzi - 0.1 faizdir. Burada isə söhbət təxminən 200 mindən çox vəsaitdən gedir ki, bu əmanətlər də adi kreditor iddiası olaraq qeydə alınacaq və digər bankın öhdəlikləri icra ediləndə proporsional olaraq həll ediləcək.

Banklar haqqında qanunun 82-ci maddəsinin birinci bəndində ləğv edilməkdə olan bankın ödənişlərinin ardıcıllığı verilib. Belə ki, ƏSF sığortalı əməliyyatları qaytarandan sonra bankın vəsaitləri ilə ilk olaraq öz pulunu dirildəcək. ƏSF-nin də ortaya çıxan xərcləri bankın aktivləri hesabına qarşılanacaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR