Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq
Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. Bu, kadr təminatının daha çevik həyata keçirilməsini və iş yerlərinin namizədlərin faktiki yaşayış yerinə uyğun olmasını təmin edəcək.
Müəllimlərin işə qəbulunda yeniliklər olacaq. Beləki, imtahan verib bal toplayanlar içərisində vakant yerlər ilboyu ilk növbədə müvafiq rayon üzrə qeydiyyatda olan namizədlərə təklif olunacaq.
Təhsil nazirliyinin şöəbə müdiri Eşqi Bağırovun sözlərinə görə bu proses kadr təminatının daha çevik həyata keçirilməsini və iş yerlərinin namizədlərin faktiki yaşayış yerinə uyğun olmasını təmin edəcək.
Şöbə müdirinin sözlərinə görə daha bir dəyişiklik ötən il imtahan verib bal toplayıb, lakin hələdə işlə təmin olmayan müəllimlərə bağlı olacaq.
Vakant yerlərə yerləşdirilmə zamanı tutduqları vakansiyalardan imtina edən namizədlər üçün də bu il yeniliklər olacaq. Beləki, onlar vakant yerlərdən imtina etdikləri təqdirdə yenidən imtahan verməli olacaqlar.
Daha bir yenilik isə gözdən əill olan şəxslərlə bağlı olacaq. Beləki, onların imtahan verəcəkləri müddət uzadılıb.
Mənbə: xezerxeber.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət