Dərc edildi: Baxış sayı: 551
"Müəllimlərin işə qəbul imtahanının ləğv edilməsi müzakirə olunmur"- RƏSMİ
"Ölkədə olan mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq Müəllimlərin İşə Qəbul (MİQ) imtahanının keçirilmə tarixlərinə və formatına dair təkliflər nəzərdən keçirilir və müxtəlif ssenarilər hazırlanır".
Ens.az Apa.az-a istinadən xəbər verir ki,bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.
O deyib ki, növbəti həftə MİQ imtahanı üçün qeydiyyat tarixləri və imtahanın keçirilmə formatına dair rəsmi məlumat veriləcək: "Hazırda MİQ imtahanın ləğv edilməsi müzakirə olunmur".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət