Dərc edildi: Baxış sayı: 322
Müəllim və həkimlər təqaüdə bu yaşda göndərilsin - Təklif
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün qoyulan yaş həddinin artırılmasını təklif edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, komitə sədri hökumətin hesabatının müzakirəsi zamanı bildirib ki, həkim və müəllimlərin işçi kimi saxlanılmasında 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxılmalıdır.
Onun sözlərinə görə, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq həkim və müəllimlərin təqaüd yaş həddi istisna olaraq 70 yaşa qədər artırılması məqsədəuyğun olardı:
“Nazirlər Kabinetindən bu məsələnin nəzərə alınmasını xahiş edirəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət