Dərc edildi: Baxış sayı: 405
Müəllim olmaq istəyənlər sınağa çəkilir
Avqustun 26-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, imtahanlarda 2904 namizədin iştirakı nəzərdə tutulur.
Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla, ümumilikdə 60 sual təqdim edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət