Slimfit
  1. QADINLAR ÜÇÜN

Müdrik qadın olmağın qaydaları

Müdrik qadın olmağın qaydaları
Sakura

Müdrik qadın olmağın qaydaları

Qadın doğulmaq tanrının bəxşişidir. Müdrik qadın olmaq isə ruhumuzun bizə hədiyyəsidir.

Publika.az müdrik yaşlı qadın olmağın qaydalarını təqdim edir.

1. Heç kimi öyrətmə. Hətta haqlı olduğunu bildiyin hada özünü yorma. Bir vaxtlar yaşlı qadınların tövsiyələrinin sənin necə qıcıqlandırdığını xatırla.

2. İnsanlar səndən istəmədiyi müddətcə heç kimə kömək əlini uzatma. Doğmalarını dünyanın bütün zərbələrindən qorumağa çalışma. Onları sevməyin kifayətdir.

3. Şikayətlənmə. Məhəllələrdə oturan deyingən qarıya çevrilmə.

4. Övladlarından minnət umma. Unutma, nadan övlad yoxdur. Onlardan təşəkkür gözləyən axmaq valideynlər var.

5. “Ömrümün ən gözəl illərini sənə verdim”, yaxud “mən sənin yaşında...” kimi cümlələr qurma.

6. Son pullarını gəncləşdirici krem və prosedurlara xərcləmə. Səyahət et.

7. İmkan daxilində eleqant görünməyə çalış. Gənc deyil, eleqant...

8. Öz kişini qoru. Deyingən, əlləri əsən, köməksiz olsa belə... Bir vaxtlar güclü, cəsur olduğu zamanları xatırla. Əmin ol, o da sənin ən təravətli və hamar dəriyə sahib olduğun dövrü xatırlayan tək-tük adamardandır.

9. Özünü heç nədə günahlandırma. Əlindən gələn hər şeyi etmisən, unutma.

10. Ömrünün sonunadək şərəfini qoru. Bu günədək sağsansa, demək, kiməsə lazımsan.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR