Slimfit
  1. HƏRB

Müdafiə Nazirliyi əsgər valideynlərinə və yaxınlarına müraciət edib

Müdafiə Nazirliyi əsgər valideynlərinə və yaxınlarına müraciət edib
Sakura

Müdafiə Nazirliyi əsgər valideynlərinə və yaxınlarına müraciət edib

Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi əsgər valideynlərinə və yaxınlarına müraciət edib.

Ens.Az-ın məlumatına əsasən,Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib ki, son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.

“Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik.

Vətəndaşlarımızdan ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq”, - deyə müraciətdə qeyd olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR