Dərc edildi: Baxış sayı: 590
Müdafiə Nazirliyi: Düşmənə vurulan zərbələrin əksəriyyətinin çəkilişi aparılıb
“Biz baş verən hadisələrlə bağlı sistemli şəkildə cəmiyyətə məlumatlar çatdırırıq. Düşmən tərəfi isə məlumatları gizlədir”.
Ens.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
O bildirib ki, Müdafiə Nazirliyi Azərbaycanın itkiləri ilə bağlı məlumatların verilməsinin tərəfdarıdır: “Hadisələr zamanı ermənilər 100-lərlə itki verib. Düşmənə qarşı keçirilən hər bir cəza tədbirlərinin və onlara vurulan zərbələrin əksəriyyətinin videoçəkilişlər, PUA-lar və digər texniki vasitələrlə çəkilişi aparılıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət