Dərc edildi: Baxış sayı: 785
Müdafiə Nazirliyi: “Bu kimi xəbərlər gülüş doğurur”
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatında yer alan məlumata münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, guya düşmən tərəfin 140 hektar torpağı ələ keçirməsinə dair xəbərin heç bir əsası yoxdur.
"Tam fərqli olaraq Azərbaycan Ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır. Bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara və ələlxüsus inananlara təəssüf hissi ilə yanaşırıq”, - nazirlikdən bildirilib..

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət