Slimfit
  1. CƏMİYYƏT

Müdafiə nazirinin müavini ehtiyata buraxıldı

Müdafiə nazirinin müavini ehtiyata buraxıldı
Sakura

Müdafiə nazirinin müavini ehtiyata buraxıldı

Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 11-də keçirilən toplantıda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bununla bağlı müvafiq sərəncamı diqqətə çatdırılıb.

Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunda uzunmüddətli qüsursuz xidməti, ölkənin müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətinə görə general-leytenant Ramiz Tahirova təşəkkür edib və ona gələcək həyatında uğurlar arzulayıb.

R.Tahirov isə öz növbəsində xidmət etdiyi müddət ərzində göstərilən etimada görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə edərək bundan sonra da fəaliyyətlərində dövlətçilik ənənələrinə sadiq qalacağını bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR