Slimfit
  1. AZƏRBAYCAN

Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşüb

Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşüb
Sakura

Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşüb

Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Tibb heyəti ilə görüşən müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini onlara çatdıraraq dövlət başçısı adından bayram sovqatlarını təqdim edib.

Daha əvvəl Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində səfərdə olub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR