Dərc edildi: Baxış sayı: 811
Mübariz Qurbanlı Gəncəyə yeni şöbə müdiri təyin etdi
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə yeni müdir təyin olunub.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini işləmiş Məmmədov Həsən Surxay oğlu təyin olunub.
H.Məmmədov artıq yeni işinin icraasına başlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət