Slimfit
  1. CƏMİYYƏT

“Mübariz Mənsimovun nümayəndələri bizimlə artıq əlaqə saxlayıb” - Oqtay Gülalıyevin xanımı

“Mübariz Mənsimovun nümayəndələri bizimlə artıq əlaqə saxlayıb” - Oqtay Gülalıyevin xanımı
Sakura

“Mübariz Mənsimovun nümayəndələri bizimlə artıq əlaqə saxlayıb” - Oqtay Gülalıyevin xanımı

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov bir neçə gün əvvəl Bakıda avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsini öz üzərinə götürmək üçün ailəsi ilə əlaqə yaradıb. 

Bunu Cebhe.info-ya açıqlamasında Oktay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib.

O qeyd edib ki, Mübariz Mənsimovun rəhbəri olduğu şirkətin nümayəndələri onlarla əlaqə saxlayıb: 

“Onlar bizimlə əlaqə saxlayıblar və kömək etmək istəyirlər. Amma Oqtay bəyin durumu çox ağır olduğuna görə məsələ hələ olduğu kimi qalıb. Mütəmadi əlaqə saxlayırlar və nə kömək lazımdısa, əllərindən gələni etməyə hazır olduqlarını bildirirlər”. 

Həyat yoldaşı Oqtay Gülalıyevin hazırkı durumundan da söz açıb. O deyib ki, həyat yoldaşı 2-ci dərəcəli koma vəziyyətindədir və durumu çox ağırdır: 

“Vəziyyəti ağır olaraq qalır. MRT olunub. Həkimlər əllərindən gələni etmələrinə baxmayaraq, durumu ağırdır”. 

Qeyd edək ki, bu günlərdə hüquq müdafiəçisinin müalicəsinin davam etdirilməsi üçün sosial şəbəkədə yardım kampaniyasına başlanılmışdı. Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov sosial şəbəkədə aparılan dəstək kampaniyasına ilk reaksiya verənlərdən biri olub. O, öz “Facebook” səhifəsində status yazaraq hüquq müdafiəçisinin müalicəsini öz üzərinə götürdüyünü qeyd edib. 

Xatırladaq ki, O.Gülalıyev oktyabrın 29-u paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi 90-PZ-543 dövlət nömrə nişanlı “Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub. Sürücü hadisədən dərhal sonra O.Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb. Daha sonra müalicəsini davam etdirməsi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR