Slimfit
  1. CƏMİYYƏT

Mübariz Mənsimovdan ilk AÇIQLAMA: “Satqınları və xəyanətkarları Allaha tapşırıram!”

Mübariz Mənsimovdan ilk AÇIQLAMA: “Satqınları və xəyanətkarları Allaha tapşırıram!”
Sakura

Mübariz Mənsimovdan ilk AÇIQLAMA: “Satqınları və xəyanətkarları Allaha tapşırıram!”

"Azadam! Şərti olsa da azadlıqdayam. İlk gündən deyirdim ki, günahsızam. Dayanmadan təkrarlayırdım ki, terrorçu deyiləm, olmamışam və heç vaxt olmayacam. Hər zaman sözümlə və əməlimlə dövlətimin yanında olmuşam və bundan sonra da olacam. Heç kim və heç nə məni bu yoldan döndərmək gücündə deyil. Bu günə qədər dəstək məktubları, zəngləri, mesajları, ən kiçik işi ilə belə yanımda olan hər kəsə təşəkkür etmək istəyirəm".

Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu dünən həbsdən çıxan "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimov bildirib.

O, daha sonra deyib:

"Analar, bacılar, qardaşlar dostlarım! Hər birinizi bir daha tanıdım, hər birinizin sevgisini gördüm və hiss etdim. Əlbəttə, çox çətin və çox yorucu bir dövr yaşadıq. Gah sevindik, gah da kədərləndik. Gərgin anlarımız da oldu. Amma təki bütün çətinliklərin sonu gözəl olsun, İnşallah. Haqq qazansın, şər-böhtan deyil. Satqınları və xəyanətkarları isə Allaha tapşırıram. Dualarınız bizimlə olsun!

12 aylıq ayrılıqdan sonra ailəmin əhatəsindəyəm. Atam və anam üçün çox darıxmışdım. Ailəm, övladlarım üçün çox darıxmışdım. “Palmali” ailəsi üçün çox darıxmışdım. Ayrıca 350 gün yanımdan 1 gün də ayrılmayan mənə inananlara, xüsusilə haqqımı savunan vəkillərimə təşəkkürümü bildirirəm. Mənə inandınız, məni qorudunuz, 350 gün sirdaşım oldunuz".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR