Dərc edildi: Baxış sayı: 1613
Mübariz Mənsimov məhkəməyə aparılarkən - VİDEO
Xəbər verdiyimiz kimi, Tükiyədə saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimov barəsində həbs qərarı çıxarıldı.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Palmali Şirkətlər Qrupu”nun prezidenti Mübariz Mənsimov və menecer Nuray Nurcihan Peker ötən axşam İstanbul Ədalət Sarayına aparılarkən çəkilən kadrlar yayılıb.
Məhkəmə qərarı ilə Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib. İş adamının meneceri Nuray Nurcihan Peker isə sərbəst buraxılıb.
Xatırladaq ki, M.Mənsimov martın 15-də İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Həmin gün iş adamına məxsus evlərdə axtarış aparılıb.
VİDEO
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət