Dərc edildi: Baxış sayı: 999
Mübariz Mənsimov ev dustaqlığından AZAD OLUNDU
“Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərtilə ev həbsindən azad edilib”.
Ens.az xəbər verirki,bu barədə Modern.az-a “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.
Qeyd edək ki, M. Mənsimov 2020-ci ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.
2021-ci ilin fevralında İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.
Bu il martın 5-də İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun vəsatəti təmin olunub, o, məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət