Mübariz İbrahimovun şəkli ilə sərhəddi vizasız ilk o, keçdi
Sentyabr ayının birindən etibarən Türkiyə vətəndaşları üçün Azərbaycana viza rejimi ləğv edilib. Artıq iki gündür ki ,ölkəmizə gələn türkiyə vətəndaşları yalnız xarici pasportları ilə sərhədi keçirlər. Vizasız rejimdən yararlanan ilk Türkiyə vətəndaşının isə jesti isə olduqca maraqlıdır. O öz avtomobilinə milli qəhrəman Mübariz İbrahimovun şəklini yapşıdırb.
Vizasız rejimin qüvvəyə minməsini gözlədi. Saat gecə 12 tamam olan kimi, sərhəddi keçdi. Özü də milli qəhrəman Mübariz İbrahimovun şəklini yapışdırdığı maşını ilə.
Azərbaycana vizasız gələn ilk Türkiyə vətəndaşı artıq dünəndən etibarən Bakıdadı.
Türkiyənin Qaziantep şəhərindən olan Yılmaz Dilsiz bir neçə ay öncə ailəsi ilə birlikdə Azərbaycana gəlməyi planlayıb.Viza rejiminin ləğvini eşidən Yılmaz Dilsiz sərhədi keçmək üçün avqustun 31-də gecə saat 12-ni gözləyib.
Yılmaz Dilsiz Azərbaycana gəlməzdən öncə avtomobilinə milli qəhrəmanımız Mübariz İbrahimovun şəklini vurdurmaq istəyib.Bunun üçün Türkiyədəki mətbəələrin birinə gedərək milli qəhrəmanımızn böyüdülmüş şəklini çap etdirmək isyətib.
Yılmaz Dilsiz deyir ki, bura gəlməzdən öncə bir çox ölkələrdə olub. Bakı isə onu xeyli təəccübləndirib.Yılmaz viza rejimin aradan qaldırılması ilə Türkiyədən gələnlərin sayının artıracağını deyir.
Qeyd edək ki, sentyabrın 1-dən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Qərara əsasən, Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları 30 günədək Azərbaycanda qala bilərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət