Slimfit
  1. AZƏRBAYCAN

Müasir heyvan kəsimi məntəqələrinin sayı artır

Müasir heyvan kəsimi məntəqələrinin sayı artır
Sakura

Müasir heyvan kəsimi məntəqələrinin sayı artır

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi və yerli icra hakimiyyəti orqanlarının birgə faəliyyəti davam edir.

Agentlikdən Trend-ə verilən məlumata görə, bu istiqamətdə sahibkarlar tərəfindən paytaxtda və respublikanın müxtəlif rayonlarında yeni müasir heyvan kəsimi və ət satışı məntəqələri yaradılır.

Növbəti müasir heyvan kəsimi və ət satışı məntəqəsi Ağdaş rayonunda yeni bazar ərazisində fəaliyyətə başlayıb. Növbəti müasir heyvan kəsimi və ət satışı məntəqəsi Ağdaş rayonunda yeni bazar ərazisində fəaliyyətə başlayıb. Məntəqədə gün ərzində 150-ə yaxın iri və xırdabuynuzlu heyvan kəsimini həyata keçirmək mümkündür. Eyni zamanda məntəqədə 20 satış yeri var ki, qəssablar satışı bu məntəqələrdə həyata keçirə bilərlər.

Məntəqədə kəsimdən öncə heyanlar baytar həkim tərəfindən müayinə olunur, kəsimdən sonra isə ət baytarlıq-sanitariya ekspertizası və laborator müayinədən keçirilir. Yalnız bundan sonra ətin satışına icazə verilir.

Agentlik tərəfindən aparılan təbliğat və təşfiqat işləri, eyni zamanda yerli icra strukturlarının əməli köməkliyi nəticəsində bu tipli heyvan kəsimi və ət satışı məntəqələrinin yaxın gələcəkdə ölkə üzrə bütün rayonlarda sayının artırılması nəzərdə tutulub.

Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsidir.

Qida Təhlükəsizliyi Agentliyi bir daha sahibkarları müasir heyvan kəsimi fəaliyyəti sahəsində aktiv fəaliiyətə dəvət edir və bu istiqamətdə Agentliyin mütəxəssisləri tərəfindən müraciət edən sahibkarlara peşəkar və metodiki köməkliklərin göstəriləcəyi bildirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR