Slimfit
  1. MEDİA

MTRŞ sədri: ""Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur"

MTRŞ sədri: ""Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur"
Sakura

MTRŞ sədri: ""Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur"

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bir müddət əvvəl Qarabağ Azadlıq Təşkilatının (QAT) nümayəndə heyəti ilə görüşündə müzakirə olunan məsələlər barədə məlumat verib.

MTRŞ sədri APA-ya açıqlamasında deyib ki, görüş zamanı televiziya kanallarında Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin problemlərinə həsr olunmuş verilişlərin təşkilİ, Qarabağ müharibəsi qəhrəmanlarının təbliği ilə bağlı filmlərin göstərilməsi, Qarabağ mövzusuna dair verilişlərin və analitik proqramların hazırlanması geniş müzakirə edilib: “Görüşdən sonra qeyd olunan məsələlərlə bağlı MTRŞ tərəfindən telekanallara xüsusi məktubla müraciət olundu. Məktubda deyilirdi ki, telekanallar bu məsələlərə həssaslıqla yanaşmalıdırlar. Bu, sadəcə bir tövsiyə idi, çünki bizim telekanallarının efir siyasətinə qarışmaq hüququmuz yoxdur”.

MTRŞ sədri deyib ki, rəhbərlik etdiyi qurum efirdə hərbi-vətənpərvərlik mövzusunda verilişlərin sayının artırılmasının tərəfdarıdır: “Telekanalların rəhbərliyi ilə görüşdə də bunu demişik. Bundan başqa, biz hər zaman Qarabağ Azadlıq Təşkilatı ilə əməkdaşlıq etməyə hazırıq. Onlar "Qarabağ" adlı telekanal yaratmaq istəyirlər. Hesab edirəm ki, “Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur. Bütün kanallarda Qarabağla bağlı verilişlər yayımlanır. Biz “Qarabağ” telekanalı yaradıb, onu adiləşdirə bilmərik”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR