Slimfit
  1. AZƏRBAYCAN

MTRŞ Real TV-yə yerüstü yayım üçün lisenziya verib

MTRŞ Real TV-yə yerüstü yayım üçün lisenziya verib
Sakura

MTRŞ Real TV-yə yerüstü yayım üçün lisenziya verib

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan etdiyi müsabiqənin nəticəsi məlum olub.

Report” xəbər verir ki, MTRŞ-nın bu gün keçirilən iclasında açıqlanan nəticələrə əsasən, müsabiqənin qalibi hazırda fəaliyyətdə olan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətidir (Real TV).

Beləliklə, MTRŞ Real TV-yə yerüstü yayım üçün müddətsiz lisenziya verib.

Xatırladaq ki, bu il martın 11-dən aprelin 11-dək elan edilmiş müsabiqədə iştirak etmək üçün 3 iddiaçı -“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və RTV Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Tеlеviziya və Radiо Şurasına müraciət etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR